Əsas Səhifə > Xəbər lenti > Nazirdən idman məktəbinin direktoruna fəxri ad
Nazirdən idman məktəbinin direktoruna fəxri ad20-12-2018, 22:12 |
Şəmkir rayon Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin direktoru Fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülüb. Azərbaycan Respublikası Gənlər və İdman naziri Azad Rəhimovun imzaladığı sərəncama əsasən Şəmkir rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Mahmudov Namiq Zirəddin oğlu Fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülüb. Namiq Mahmudov Şəmkirdə bədən tərbiyəsi və idmanın inkişafında yüksək xidmətlər göstərmiş, idman kadrlarının hazırlanmasında və tərbiyə edilməsində yüksək nailiyyətlər əldə edib. Əliqasım Məmmədov, ADPU-nun II kurs tələbəsi Geri qayıt |