Əsas Səhifə > Xəbər lenti > “Qəbələ” Berlində son məşqə çıxdı
“Qəbələ” Berlində son məşqə çıxdı27-11-2018, 22:00 |
“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək. BrendSport.az xəbər verir ki, “qırmızı-qaralar” sabah Çempionlar yolunun 2-ci mərhələsinin cavab matçında Almaniyanın “Herta” klubunun müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşacaq. Berlində keçiriləcək görüşdən bir gün əvvəl Emin İmaməliyevin baş məşqçisi olduğu komandanın oyunöncəsi son məşqi baş tutub. Hazırlıq prosesi sabahkı matçın keçiriləcəyi “Vurfplats” stadionunda gerçəkləşib. Bununla da “Qəbələ” Almaniya çempionu ilə matçın hazırlığını tamamlayıb. Xatırladaq ki, sabah Berlində baş tutacaq “Herta” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. UEFA Gənclər Liqası Çempionlar yolu, 2-ci mərhələ, cavab oyunu 28 noyabr 16:00. Herta - Qəbələ Hakimlər: Ferens Karako, Tibor Çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya). Berlin. “Vurfplats” stadionu. İlk oyun – 3:1. Geri qayıt |