Əsas Səhifə > Xəbər lenti > Kovaç üçün son 2 oyun
Kovaç üçün son 2 oyun26-11-2018, 22:12 |
“Bavariya”nın baş məşqçisi Niko Kovaç vəzifəsindən ayrıla bilər. Münhen təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsindəki “Benfika” və Bundesliqanın 13-cü turunda “Verder”lə qarşılaşacağı matç, Kovaç üçün həlledici olacaq. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Xəbərdə “Bavariya”nın bu qarşılaşmaların birində xal itirəcəyi təqdirdə, xorvatiyalı mütəxəssisin vəzifəsindən göndəriləcəyi bildirilib. “Bavariya” hazırda Bundesliqada 12 tudan sonra 21 xalla 5-ci pillədə yer alıb. Komanda "Benfika"yla 28 noyabrda, "Verder"lə 1 dekabrda qarşılaşacaq. Geri qayıt |