Əsas Səhifə > Xəbər lenti > Binəqədi rayonunda “Məktəblər arasında respublika çempionatı” çərçivəsində voleybol (qızlar) idman növü üzrə rayondaxili mərhələ yekunlaşdı

Binəqədi rayonunda “Məktəblər arasında respublika çempionatı” çərçivəsində voleybol (qızlar) idman növü üzrə rayondaxili mərhələ yekunlaşdı


23-11-2018, 12:18


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı” çərçivəsində 20-21 noyabr 2018-ci il tarixində 248 №-li tam orta məktəbdə voleybol (qızlar) idman növü üzrə rayondaxili mərhələ keçirilmişdir.
Yarışın nəticəsinə görə I yeri 182 №-li tam orta məktəbin komandası, II yeri 314 №-li tam orta məktəbin komandası, III yeri 143 №-li tam orta məktəbin komandası, IV yeri 283 №-li tam orta məktəbin komandası tutmuşdur.
Qeyd edək ki, voleybol (qızlar) idman növü üzrə respublika çempionu olan məktəb komandası Xorvatiyanın Poreç şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.
Geri qayıt