Əsas Səhifə > Xəbər lenti > İlk oyununda 3 aylıq sıradan çıxdı

İlk oyununda 3 aylıq sıradan çıxdı


29-10-2018, 21:53


Türkiyə Super Liqasının son turunda “Ankaragücü” ilə oyuna (1:3) start heyətində başlayan, lakin ikinci hissədə zədələnərək meydanı erkən tərk edən “Fənərbaxça”nın gənc futbolçusu Oğuz Kağan Güctəkinin vəziyyətinə aydınlıq gəlib.

Türkiyə mətbuatı xəbər verir ki, oyundan sonra aparılan müayinələrdə 19 yaşlı futbolçunun sümüyündə qırıq aşkar olunub. Oğuz Kağanın 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Matçın 60-cı dəqiqəsində zədələnən gənc futbolçu bu mövsüm Super Liqada “Fənərbaxça”nın heyətində ilk oyununu keçirirdi. O, Avropa Liqasının qrup mərhələsində 16 dəqiqə oynamaq şansı da qazanıb.
Geri qayıt