Əsas Səhifə > Xəbər lenti > "Qarabağ" istirahətdən qayıtdı

"Qarabağ" istirahətdən qayıtdı


8-10-2018, 22:57


Avropa Liqasının qrup mərhələsində “Arsenal”la oyundan sonra istirahətə buraxılan “Qarabağ” bu gün yenidən bir araya gəlib.

Klubun saytında yayılan xəbərə görə, komanda oktyabrın 20-də qarşılaşacağı "Səbail"lə matç üçün hazırlığa start verib.

Milli komandaların heyətlərində yer alan futbolçular məşqdə iştirak etməyib. Onun əvəzində isə "Qarabağ-2"nin bir neçə üzvü əsas komandanın məşq prosesinə qoşulub.


Geri qayıt