Əsas Səhifə > Xəbər lenti > "Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" azarkeşlərə müraciət etdi


4-10-2018, 12:47


"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 2-i turunda "Arsenal"la oyun öncəsi azarkeşlərə müraciət edib.

Klubun rəsmi "Feysbuk" səhifəsində yayılan xəbərə görə, müraciətdə deyilir:

"Qarabağ"ın "Arsenal"la oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları oyunun başlamasından 3 saat öncə: saat 17:55-də açılacaq. Azarkeşlərimizdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlməsi xahiş olunur".

Qeyd edək ki, "Qarabağ" - "Arsenal" görüşü bu gün saat 20:55-də başlayacaq.
Geri qayıt