Əsas Səhifə > Xəbər lenti > Millimizin baş məşqçisi mətbuat konfransı keçirdi
Millimizin baş məşqçisi mətbuat konfransı keçirdi4-10-2018, 12:42 |
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində dünən keçirilmiş "Araz” – "Vytis” oyunundan sonra hər iki komandanın baş məşqçisinin mətbuat konfransı keçirilib. Onların səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: Joze Alesio Da Silva ("Araz”ın baş məşqçisi): "Qrupun favoritinə qarşı mübarizə apardıq. Meydana 9 legionerlə çıxmışdılar. Yaxşı oynadığımızı qeyd edə bilərəm. Sona qədər oyun intizamını qoruduq, hücumda da müəyyən üstünlük qazandıq. Təəssüf ki, yaratdığımız epizodları realizə edə bilmədik. Əvəzində bir səhv buraxdıq və rəqib qol vurdu. Halbuki birinci hissədəki üstünlüyümüzü ikinci hissədə də inkişaf etdirməli idik. Bu məğlubiyyətlə şansımızı itirməmişik. Uşaqlara da dedim ki, bu oyunu unudun, sabahkı matça hazırlaşın. Ötən il biz ilk 2 oyunda qələbə qazananda əksər oyunçumuz mərhələni adladığımızı düşünürdü. Ancaq son görüş hər şeyi dəyişdi. Bu dəfə də hər şey son turda məlum olacaq”. Goncalves De Araujo Luciano Luiz ("Vytis”in baş məşqçisi): "Maraqlı oyun oldu. Adətən start qarşılaşmaları çətin və gərgin keçir. Güclü rəqiblə qarşılaşdıq. Ona görə də müdafiədə səhvləri minimuma endirməli idik. Xüsusilə də qapıçınızın uzun ötürmələrinin qarşısını almaq vacib idi ki, bunu bacardıq və hücum planında da işimizi gördük. "Araz” kimi favorit komandanı məğlub etmək asan deyil. Bunun davamını gətirməliyik”. Geri qayıt |