Əsas Səhifə > Xəbər lenti > Şahmatçılarımızdan olimpiadada növbəti qələbə
Şahmatçılarımızdan olimpiadada növbəti qələbə30-09-2018, 21:49 |
Gürcüstnın Batumi şəgərində keçirilən 43-cü Şahmat Olimpiadasında 6-cı turun qarşılaşmaları keçirilib. Maksimum nəticə qazanan kişilərdən ibarət yığmamız Çexiya ilə qarşılaşıb. Komandamız rəqib üzərində 3:1 hesablı qələbə qazanıb. Kişilərin yarışmasında 6 turdan sonra Azərbaycan və Polşa hərəyə 12 xalla liderliyi bölüşürlər. Aktivində 11 xal olan ABŞ 3-cü pillədə qərarlaşıb. Azərbaycan - Çexiya 3:1 Şəhriyar Məmmədyarov - David Navara 1:0 Teymur Rəcəbov - Viktor Lazniçka 0,5:0,5 Arkadi Naydiç - Zbinek Hraçek 1:0 Rauf Məmmədov - İrji Stoçek 0,5:0,5 Qadınlardan ibarət yığmamız isə Latviya ilə üzləşib. Bu komandamız da turu qələbə ilə başa vurub. Bununla da yığmamız xal hesabını 10-a yüksldib. Azərbaycan - Latviya 2,5:1,5 Günay Məmmədzadə - Laura Roxul 0,5:0,5 Xanım Balacayeva - İlze Berzina 0,5:0,5 Gülnar Məmmədova - Linda Krumina 0,5:0,5 Ülviyyə Fətəliyeva - Elizabet Limanovska 1:0 Geri qayıt |