Əsas Səhifə > Xəbər lenti > PSJ 81 illik rekordunu yenilədi

PSJ 81 illik rekordunu yenilədi


30-09-2018, 17:40


Fransa çempionatının 8-ci turu çərçivəsində "Nitsa"nın qonağı olan PSJ 81 illik rekordu təkrarlayıb.

Neymar və Kristian Nkunkunun qolları sayəsində rəqibini 3:0 hesabı ilə məğlubiyyətə uğradan parislilər liderliyini qoruyub.

Bununla yanaşı PSJ 1936/37 mövsümündə "Lion"dan sonra, ölkə çempionatına ardıcıl 8 qələbə ilə başlayan ikinci klub olub.
Geri qayıt