Əsas Səhifə > Xəbər lenti > İspaniyada oyun zamanı tribuna çökdü -
İspaniyada oyun zamanı tribuna çökdü -30-09-2018, 17:22 |
Dünən İspaniya La Liqasının 7-ci turu çərçivəsində keçirilən “Eybar”- “Sevilya” qarşılaşmasında xoşagəlməz hadisə yaşanıb. Matçın 59-cu dəqiqəsində “Sevilya”nın futbolçusu Ever Baneqanın penalti vuruşundan sonra klubun azarkeşlərinin olduğu tribuna çöküb. Hadisə nəticəsində 14 nəfər azarkeşin yaralandığı bildirilib. Onlardan 8-i xəstəxanaya aparılıb. Lakin xəsarət alanların vəziyyəti elə də ciddi deyil. İnsident səbəbindən “Eybar” - “Sevilya” matçında təxminən 8 dəqiqə fasilə yaranıb. Oyun “Sevilya”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Geri qayıt |