Əsas Səhifə > Xəbər lenti > Lempard “Mançester Yunayted”i məğlub etdikləri oyundan danışdı

Lempard “Mançester Yunayted”i məğlub etdikləri oyundan danışdı


26-09-2018, 21:26


Çempionşip təmsilçisi “Derbi Kaunti”nin baş məşqçisi Frenk Lempard, İngiltərə Liqa kubokunun 3-cü mərhələsində səfərdə “Mançester Yunayted”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Lempard İngiltərə mətbuatına açıqlamasında bunları deyib:

“Mançester Yunayted"ə qarşı xüsusi oyun sərgilədik. Futbolçularım hamısı möhtəşəm idi. Klub və oyunçular adına gözəl gecə yaşadıq. Joze Mourinyonu məğlub etmək mənim üçün böyük bir şərəfdir”.

90 dəqiqəsi 2:2 hesabıyla bitən matçda “Derbi Kaunti” “Mançester Yunayted”i penaltilər seriyasında məğlubiyyətə uğradaraq, növbəti mərhələyə yüksəlib.
Geri qayıt