Əsas Səhifə > Xəbər lenti > Qurbanov komandasının zədəlilərindən danışdı

Qurbanov komandasının zədəlilərindən danışdı


19-09-2018, 12:31


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Sportinq”lə ilk oyun öncəsi komandanın zədəli futbolçuları ilə bağlı açıqlama verib.

“Simeon Slavçevlə Dani Kintana “Sportinq”lə oyunu dəqiq buraxacaq. Ancaq Slavçev artıq fizioterapevtin nəzarəti altında qaçmağa başlayıb. Dani də bərpa prosesi keçir. Miçel isə 2 gündür komandayla məşq edir”, - deyə Qurbanov bildirib.

Baş məşqçi kapitan Rəşad Sadıqovun oynamayacağını da dilə gətirib: "Dizindən zədə alıb. Azı 4-5 gün dincəlməlidir. Amma o, bir daha müayinədən keçəcək. Görünən odur ki, qarşıdakı oyunu buraxacaq”.
Geri qayıt