Əsas Səhifə > Xəbər lenti > Nani artıq "Qarabağ"la oyuna hazırlaşır

Nani artıq "Qarabağ"la oyuna hazırlaşır


18-09-2018, 10:21


"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"in kapitanı Nani zədəsini sağaldıb.

Klubun saytında yayılan xəbərə görə, məşqlərə qayıdan 31 yaşlı oyunçu komanda ilə birgə "Qarabağ"la matça hazırlaşır. Lissabon təmsilçisinin digər zədəli futbolçusu Bas Dostun isə müalicəsi davam etdirilir.

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-i Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Geri qayıt