Əsas Səhifə > Xəbər lenti > Masallıda cüdo növü üzrə rayon birinciliyi keçirilib
Masallıda cüdo növü üzrə rayon birinciliyi keçirilib17-09-2018, 15:35 |
16-17 sentyabr 2018-cı il tarixlərində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Cüdo Təlim Mərkəzində “Azərbaycan Xalq Cumhuriyyəti ili”nə həsr olunmuş cüdo idman növü üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib. Yarışın əsas məqsədi rayonda cüdo idman növünə olan marağı daha da artırmaq idmançılarda hərbi vətənpərvərlik ruhunu yüksəltmək və vətənə məhəbbət hissinin gücləndirilməsi olub. 10 çəki dərəcəsində 80 nəfər yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin mübarizə şəraitində keçib. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar. Alxas Məmmədov Geri qayıt |