Əsas Səhifə > Xəbər lenti > Messiyə görə FİFA-nı tənqid etdi
Messiyə görə FİFA-nı tənqid etdi5-09-2018, 11:01 |
İngiltərə yığmasının sabiq futbolçusu, BBC-nin əməkdaşı Qari Lineker FİFA-nı tənqid edib. İngiltərə mətbuatı xəbər verir ki, Lineker “Barselona”nın hücumçusu Lionel Messinin ilin futbolçusu adına namizədlər arasında top-3-də olmamasından narazı qalıb. O, FİFA-nı ədalətli seçim etməməkdə ittiham edib: “Futboldan anlayışı olan hər kəs başa düşür ki, Messi top-3-də olmalı idi. “Barselona” məhz Messinin qolları hesabına dubl etməyi bacardı. O, hər oyunda qol vururdu. Leonun oyunu isə hər kəsə zövq verir. Pley-off oyunlarında isə həmişə təsadüflər olur. FİFA-nın mükafatı ədalətli şəkildə verilsəydi, onda Messi hər il ən yaxşı futbolçu seçilərdi”. Geri qayıt |