Əsas Səhifə > Xəbər lenti > Qomis də Səudiyyə Ərəbistanına satıldı

Qomis də Səudiyyə Ərəbistanına satıldı


23-08-2018, 20:09


"Qalatasaray" hücumçusu Bafetimbi Qomislə yolları ayırıb.

Fransalı forvard Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə anlaşıb. Bu barədə ərəb klubunun prezidenti Sami Əl Cabir açıqlama verib.

Məlumata görə ərəblər "Qalatasaray"a 6 milyon avro ödəyəcək, futbolçu özü isə illik 8 milyon avro maaş alacaq.

Qeyd edək ki, Qomis ötən mövsümün əvvəlində "Suonsi"dən "Qalatarasay”a transfer olunub və Super Liqada 33 oyunda 29 qol vuraraq bombardir olub.
Geri qayıt