Əsas Səhifə > Xəbər lenti > Tahir Süleymanov: "Qarabağ" "Şerif"dən güclüdür"
Tahir Süleymanov: "Qarabağ" "Şerif"dən güclüdür"23-08-2018, 17:30 |
![]() Azərbaycanın sabiq FİFA referisi, "Neftçi"-nin keçmiş vitse-prezidenti Tahir Süleymanov bu gan baş tutacaq "Şerif" - "Qarabağ" matçı ilə bağlı fikirlərini bölüşüb. O şəxsi "feysbuk" səhifəsində şansları dəyərləndirib: "Bu mövsüm Avroliqada son ümid, son şans. Ya davam, ya tamam. "Şerif"lə səfər görüşündən sərfəli nəticə ilə dönmək qrup yolunda mütləq şərtdir. Xorvat baş məşqçilərinin oyunöncəsi açıqlamaları düşündürücüdür. İlk dəfədir belə halla rastlaşıram. Yəqin həmvətənlərinin dünya çempionatında uğurlu çıxışı xorvatın özünəinamını çox artırıb. Çalışdırıcı matçda necə oynayacaqlarını açıq şəkildə bildirib. Bu nonsensdir. Böyük futbolda qələbənin təmin olunmasının minimum 50%-i rəqibi öncədən "oxumaq"dan keçir. Baş məşqçi isə özü-özünü oxutdurub artıq. Ya çox ağıllıdır, hiylə işlədir, ya da "Qarabağ"dan açıq-aşkar çəkindiklərinə görə səmimi olaraq taktiki gedişlərini bildirir. Əgər ça(lı)şdırıcının manevri, "yastıq" düşüncəsi deyilsə, "Qarabağ" artıq "Şerif"in necə oynayacağını dəqiqliklə bilir. Xorvatın dedikləri həqiqətdisə, rəqib ikinci planda çıxış edəcək, müdafiənin toxunulmazlığını qoruyacaq, əks-hücumlara bel bağlayacaq. "Şerif" belə oynayarsa, bu "Qarabağ"a tam sərfəlidir, Belarusda BATE ilə olduğu kimi. Belədə ağdamlıların orta tempdə rahat mövqe hücumlarının qurulmasına şərait yaranır. Qalır yersiz səhvlərə, top itgilərinə yol verməmək. Rəqiblər belə taktikaya üstünlük verəndə "Qarabağ" çox arxayınlaşır. Tədricən arxa, ortada ərazi üstünlüyü olduğu üçün müdafiəçilərin önə çıxma halları çoxalır, konsentrasiya itir və arxada boşluqlar yaranır. Rəqib ani top itgisindən sürətli hücumlarla başağrı olur, qollar vura bilirlər. Xətlərarası əlaqələrin zəifliyi, mərkəzdə oyun qurucusunun lazımı səviyyədə olmaması böyük problemlər yaşadır. Bunu nəzərə alaraq intizamlı komanda oyunu, ruhu mütləqdir. Hər bir futbolçu ilk növbədə çıxış etdiyi mövqeyi qorumalı, düşünməli, futbolçular vahid mexanizm kimi hərəkət etməlidirlər. Əks halda əvvəlki görüşlərdəki səhvlər təkrarlana bilər. Onsuz da heyətdə cəzalı, zədəlilərin olması çətinliklər yaradır. Qarşılaşmanın ağırlığı, məsuliyyəti futbolçuların inamlı olmaqla yanaşı son dərəcə ehtiyatlı olmalarını tələb edir. Böyük futbol xırda səhvləri belə bağışlamır. "Qarabağ" psixoloji olaraq oyuna tam hazır vəziyyətdə çıxmalıdır. "Şerif"in baş məşqçisinin dediklərinə aldanmaq da olmaz. Rəqib, yerli azarkeşlər ötən ilin qisasını almaq istəyəcək. "Qarabağ" rəqibin öz meydanında təzyiqinə də hazır olmalıdır. BATE ilə Bakıdakı oyun təkrarlanmamalıdır. "Qarabağ" psixoloji, taktiki, düşüncə olaraq matça eyni anda "A", "B" planı ilə hazır çıxmalıdır. "Qarabağ" "Şerif"dən güclüdür. İlk oyunda qələbəni, sərfəli nəticəni təmin edib rəqib Bakıya "əzilmiş" vəziyyətdə gətirilməlidir. Oyunun yayımlanmaması ehtimalı böyükdür. Belə hallarla çox rastlaşmışıq. Azarkeşlər əziyyət çəkəcək. Canlı yayım olmasa da, bunun kompensasiyası meydanda təmin edilməlidir. "Qarabağ" vuracağı qollarla "Şerif"in "uçastkovı"lığını sübut edib Vətənə "şef" kimi dönməlidir. Vaxtilə canlı yayımsız APOEL zəfərindən döndüyümüz kimi... Qrup yolunda uğurlar, "Qarabağ"!". Geri qayıt |