Əsas Səhifə > Xəbər lenti > "Gələcək həyatımı da idmanla bağlamaq istəyirəm"

"Gələcək həyatımı da idmanla bağlamaq istəyirəm"


20-08-2018, 21:47
"Gələcək həyatımı da idmanla bağlamaq istəyirəm"

Azər Mustafayev 2007-ci ildə Şamaxı şəhərində anadan olub. Rayon 3 saylı orta məktəbin VI C sinif şagirdidir. Peşəkar pedaqoji kolletivi ilə tanınan 3 saylı orta məktəbdə idmana daim xüsusi önəm verilib.

Azər də taekvondo idman növünə maraq göstərir. Artıq üç aydır ki, bu idmanla məşqlərə baslayıb. Gələcək həyatını da idmanla bağlamaq istəyir. Sumqayıt şəhərində keçirilən taekvondo üzrə açıq birincilikdə III yerə layiq görülüb.

- İdmanı çox sevirəm. Futbol, voleybol və bir az da güləş kimi idmanla məşğul olmuşam. Doslarımla müxtəlif məhəllə yarışlarında oluruq. Baxdığım filmlərin birində taekvondo ustadını gördüm. Qərara gəldim ki, bu idmanla məşğul olum. Atam da mənim bu həvəsimi maraqla qarşıladı və dəstək oldu.
İstəyirəm ki, gələcəkdə çempion olum. Bunun üçün həvəslə məşq edirəm. Ən böyük arzum ali təhsil almaq və çempionluq qazanmaqdır.

Nəzrin Alxasqızı


Geri qayıt