Əsas Səhifə > Xəbər lenti > "Atamın tövsiyəsilə taekvondo məşqlərinə başladım"
"Atamın tövsiyəsilə taekvondo məşqlərinə başladım"18-08-2018, 20:15 |
![]() Şəbnəm Bənnayeva 2006-cı ildə Şamaxıda anadan olub. Şamaxı 1 saylı məktəbin VI b sinif şagirdidir. İngilis dilinə maraq göstərən Şəbnəmin hobbisi isə idmanın taekvondo növü ilə məşğul olmaqdır. Artıq iki aya yaxındır ki, mütəmadi məşqlərə baslayib. - Atamın tövsiyəsilə taekvondo məşqlərinə başladım. Bu sahədə ailəm hər zaman mənə dəstək olur. Ona görə də istəyirəm ki, qələbələrimlə ailəmi, xüsusən də atamı sevindirim. Ən böyük arzum ali təhsil almaq və çempion olmaqdır. Azərbaycanda qızların idmanla məşğul olmaları çoxalıb. Mən də çalışacağam ki, bu inkişafdan geri qalmayım. Bütün müəllimlərimə uzun ömür, cansağlığı arzulayıram. Nəzrin Alxasqızı Geri qayıt |