Əsas Səhifə > Xəbər lenti > "Keşlə" Litva millisinin müdafəçisini heyətinə qatdı

"Keşlə" Litva millisinin müdafəçisini heyətinə qatdı


18-08-2018, 13:03
"Keşlə" Litva millisinin müdafəçisini heyətinə qatdı

“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib. Klubun rəsmi saytında yayılan xəbərə görə, paytaxt təmsilçisi litvalı müdafiəçi Edvinas Girdvainislə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futbolçunun son klubu Tel-Əviv “Hapoel”I olub.

Qeyd edək ki, Girdvainis bundan əvvəl ölkəsində “Ekranas”, İspaniyada “Marbelya”, Polşada “Pyaşt” və Rusiyada “Tom” klublarının formasını geyinib. 2016-cı ildə Litva millisinə dəvət alan müdafiəçi yığmada 10 oyun keçirib.
Geri qayıt