Əsas Səhifə > Xəbər lenti > Hakimlərimizin Çempionlar Liqasındakı çıxışı - VİDEO
Hakimlərimizin Çempionlar Liqasındakı çıxışı - VİDEO9-08-2018, 12:09 |
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Zalsburq" - "Şkendiya" matçında ədalət təmsilçisi olub. Avstriyada baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Əliyar Ağayev bu matçda bir penalti təyin edib və 3 kartdan istifadə edib. O, "Zalsburq"un futbolçusu Zlatko Yunuzoviçi 19-cü dəqiqə və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub. Ağayev "Şkendiya"nın futbolçusu Mevlan Muratini "sarı" ilə cəzalandırıb. Qeyd edək ki, bu görüşdə Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov köməklik göstəriblər. 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib. Geri qayıt |