Əsas Səhifə > Xəbər lenti > "Biz güclü və savadlı olmalıyıq"
"Biz güclü və savadlı olmalıyıq"4-08-2018, 23:30 |
![]() Şahin Əhmədov 2007-ci ildə anadan olub. Bakı şəhərindəki 45 nömrəli orta məktəbin 6 E sinif şagirdidi. Şahini məktəbdə nümunəvi şagird kimi tanıyırlar. Məktəbin bütün tədbirlərində fəallıq edir. Şahin eyni zamanda cüdo idman növü ilə məşquldur. Məşqçisi isə Bəhlul Osmanovdur. Ancaq o, cüdodan başqa futbol və üzgüçülüyü də sevir. - Mənim böyük arzum savadlı və güclü olmaqdır. Tanınmış pedaqoq olan Xanzada nənəm də bu sahədə mənə çox dəstək olur. Onun çoxlu savadlı şagirdləri olub. Hamı kimi, mən də istərdim ki, bizim Qarabağ məsələsi həll olunsun. Atam mənə həmişə qəhrəmanımız Mübarizdən danışır. Ona görə də biz güclü və savadlı olmalıyıq. Alxas Məmmədov Geri qayıt |