Əsas Səhifə > Xəbər lenti > Ronaldo yeni klubunda ilk məşqinə çıxıb

Ronaldo yeni klubunda ilk məşqinə çıxıb


31-07-2018, 11:20


"Yuventus"un hücumçusu Kriştianu Ronaldo yeni klubunun heyətində ilk məşqinə çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu səhər Turin klubunun bazasında olub və fiziki hazırlıq testlərindən keçib. Bu prosedurdan sonra məşqçilər korpusu Ronaldonun yaxın zamanlardakı iş planını müəyyənləşdirib.

Daha sonra portuqaliyalı ulduz trenajor zalında DÇ-2018-dən gələn və tətilən qayıdan futbolçularla birgə məşq edib.

Qeyd edək ki, Kriştianu Ronaldo bu yay 100 milyon avro qarşılığında "Real"dan "Yuventus"a keçib.
Geri qayıt