Əsas Səhifə > Xəbər lenti > Deşam Uruqvay yığmasından ehtiyatlanır
Deşam Uruqvay yığmasından ehtiyatlanır5-07-2018, 21:58 |
"Uruqvay yığmasının güclü xarakteri var. Onlar müdafiəni yaxşı təşkil edir və gözəl əks-hücumlar qururlar”. “TASS”ın yaydığı xəbərə görə, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2018-in 1/4 finalında sabah Uruqvayla keçiriləcək oyun haqda danışarkən deyib. O, oyunöncəsi təşkil edilən mətbuat konfransında rəqib komandanı tərifləyib: “Onların heyətində iki qeyri-adi istedada malik bombardir var. Həm müdafiədə, həm də hücumda səbrli olmalıyıq. Həmçinin, rəqibin standart vəziyyətlərinə xüsusi diqqət yetirmək lazımdır. Uruqvayın hansısa güclü cəhətini ayrıca qeyd etmək çox çətindir. Onlar komanda şəklində, bütün mövqelərdə gözəl oynayırlar. Oyunları əsasən hücumçular - Suares və Kavanini topla təmin etməyə hesablanıb”. Qeyd edək ki, sabah keçiriləcək Uruqvay – Fransa oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Geri qayıt |