Əsas Səhifə > Xəbər lenti > "Salahın sağlamlığıyla risk edə bilmərik"

"Salahın sağlamlığıyla risk edə bilmərik"


15-06-2018, 21:17
"Salahın sağlamlığıyla risk edə bilmərik"

"Yaxşı imkanlar qazansaq da, məğlub olduq. Əlbəttə, daha yaxşı nəticə də qazana bilərdik”.

Bu sözləri Misir millisinin baş məşqçisi Ektor Kuper deyib.

DÇ-2018-in A qrupunda yarışan Misir ilk oyununda Uruqvayla qarşılaşıb. Görüş cənubi amerikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundan sonra açıqlama verən təcrübəi mütəxəssis yenilgiyə şərh verib: "Yüz faiz əmin ola bilərsiniz ki, mümkün olan ən yaxşı heyətlə oynadıq. Ramazan ayının bizə mane olduğunu düşünmürəm. Çünki misirli oyunçular bu rejimə alışıblar. Əks hücumda oynamaq istəyirdik, bəzi anlarda dəqiqlik çatmadı. Hələ ki, bügnükü oyun barəsində düşünürük. Sabahdan Qroznıda hazırlıqlara davam edəcəyik. Rusiya qarşısında qələbə qazanmaq üçün şansımız olduğunu düşünürəm”.







Kuper Salah barədə də bir neçə cümlə işlədib: "Salahın növbəti qarşılaşmada meydanda olacağını düşünürəm. Son qərarı həkimlərlə birilikdə verəcəyik. Zədəsi mane olacaqsa, Salahın sağlamlığını riskə ata bilmərik”.


Geri qayıt