Əsas Səhifə > Xəbər lenti > Salah start heyətə alınmadı

Salah start heyətə alınmadı


15-06-2018, 14:56


Misir millisinin üzvü Məhəmməd Salah bu gün Uruqvayla keçiriləcək oyunda start heyətdə meydana çıxmayacaq.

Rusiya mətbuatının yaydığı xəbərə görə, 25 yaşlı hücumçunun zədəsi sağalsa da, o, ilk 11-likdə yer almayıb. Komandanın lideri oyunun gedişində meydana daxil ola bilər.

Qeyd edək ki, mundialın ilk turu çərçivəsində keçiriləcək Misir – Uruqvay oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Geri qayıt