Əsas Səhifə > Xəbər lenti > Əfran Türkiyə klubları ilə danışıqlar aparır

Əfran Türkiyə klubları ilə danışıqlar aparır


27-05-2018, 18:55


Ötən həftə "Qarabağ”la yollarını ayıran yarımmüdafiəçi Əfran İsmayılov yeni ünvanını açıqlayıb.

30 yaşlı futbolçu publika.az-a özəl açıqlamasında Türkiyə Super Liqası komandası ilə danışıqlar aparıldığını, yaxın günlərdə dəqiq bir qərara gəlinəcəyini bildirib:

"Hazırda Super Liqaya yeni vəsiqə qazanan komandalardan biri ilə danışıqlar aparırıq. Onlara şərtlərimi göndərmişəm. Mənim şərtlərimlə uyğunlaşmaları vacibdir. Çünki legioner həyatı yaşayacam, övladlarımın məktəb yaşı artıq çatıb. Onlar üçün ən yaxşısını təmin etmək istəyirəm. Bundan başqa, ölkə klublarının əksəriyyətindən təkliflər almışam. Ancaq öncəliyim Super Liqadır”.

Qeyd edək ki, 2017/18 mövsümünün yekunlarına əsasən, "Çpykur Rizəspor", "Ankaragücü" və "Ərzurum BB" Super Liqaya vəsiqə qazanıb.
Geri qayıt