Əsas Səhifə > Xəbər lenti > "Mən özüm vaxtilə təmənnasız məşqlər keçirdim"

"Mən özüm vaxtilə təmənnasız məşqlər keçirdim"


10-04-2018, 22:03


Şamaxı şəhər 1 saylı orta məktəbin məzunu olan Valeh Məmmədov 1977-ci ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini İqdisadiyyat Kollecində davam etdirib.

1997-ci ildə ordu sıralarında olarkən top batareyasında baş tuşlayıcı vəzifəsi yerinə yetirib. Cüdo və güləş idman növləri ilə məşğul olub. Bir neçə rayon səviyyəli yarışın mükafatçısıdır. Öz təşəbbüsü ilə təmənnasız olaraq cüdo üzrə məşqlər təşkil edib.

Sonralar mətbuat sahəsində çalışmağa başlayan Valeh müəllim "Şəffaflıq" qəzetində əvvəlcə müxbir, sonra isə redaktor vəzifəsində çalışıb. "Zülmət içində doğulanlar", "Mehri gül", "Nərmin", "Qaranlıqda", "Sevginin rəngi qırmızıdır", "Bataqlıqda" hekayələrnin müəllifidir.

Valeh müəllim idmançı və yazar anlayışlarını müqayisə etdi.

"Həyat başdan-başa mübarizədir. Burada qalib də var məğlub da. Çox maraqlıdı ki, güclü insanların çoxu kövrək olur. Güclü insanı daxilən sıxan nə isə olur həmişə. Mən özüm vaxtilə təmənnasız məşqlər keçirdim. Qazancım isə yalnız uşaqların sevinci idi. Ancaq gördüm ki, belə işlərə qiymət verən yoxdu. Ona görə də zamanla uzaqlaşdım bu sahədən. Bir də görürsən idman sahəsində o qədər də uğuru olmayanlar fəxri adlar alır. Bu cür hallar insanı soyudur öz sahəsindən və digər sahələrə meyl etməyə sövq edir. Məni də belə insanların siyahısına qatmaq olar".

Alxas Məmmədov
Geri qayıt