Əsas Səhifə > Xəbər lenti > Şəhriyar növbəti qarşılaşmasına çıxır -

Şəhriyar növbəti qarşılaşmasına çıxır -


23-03-2018, 17:13
Şəhriyar növbəti qarşılaşmasına çıxır -

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Bu gün XI turun oyunları keçiriləcək.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov autsayderlər zonasında qərarlaşan rəqibi ilə üz-üzə gələcək. Belə ki, şahmatçımız ABŞ-lı Uesli So ilə görüşəcək. Məmmədyarov qara fiqurlarla mübarizə aparacaq.

Bu şahmatçıların ilk dövrədəki duelində bərabərlik qeydə alınıb.

İddiaçılar turniri

XI tur

Liren Dinq (2769, Çin) - Aleksandr Qrişuk (2767, Rusiya)

Uesli So (2799, ABŞ) - Şəhriyar Məmmədyarov (2809, Azərbaycan)

Fabiano Karuana (2784, ABŞ) - Vladimir Kramnik (2800, Rusiya)

Levon Aronyan (2794, Ermənistan) - Sergey Karyakin (2763, Rusiya)


Turnir cədvəli: Karuana - 6,5 xal; Məmmədyarov - 6; Qrişuk – 5,5; Dinq, Karyakin - 5; Kramnik – 4,5; So - 4; Aronyan – 3,5
Geri qayıt