Əsas Səhifə > Xəbər lenti > Qəbələdə oyundan sonra ara qarışdı
Qəbələdə oyundan sonra ara qarışdı17-02-2018, 16:33 |
"Qəbələ" və "Zirə" komandaları arasındakı Topaz Premyer Liqasının XVI tur matçından sonra ortalıq qarışıb. BrendSport.az-ın məlumatına görə, baş hakim Rauf Cabbarovun final fitindən dərhal sonra iki komandanın futbolçuları arasında kütləvi toqquşma baş verib. Toqquşmada meydan sahiblərindən kapitan Cavid Hüseynovla Vitali Vernidub, qonaq komandadan isə Riçard Qadze ilə Sadio Tounkara daha fəal iştirak edib. Münaqişə elə onların komanda yoldaşları və texniki personalın müdaxiləsindən sonra aradan qaldırılıb. Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 2:1. Geri qayıt |