Əsas Səhifə > Xəbər lenti > Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında mübarizə aparacaqlar
Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında mübarizə aparacaqlar27-04-2023, 18:45 |
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada teakvondo üzrə klublararası Avropa çempionatı start götürəcək. Üç gün davam edəcək yarışda Azərbaycan 5 klubla təmsil olunacaq. BrendSport.az Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, aparıcı taekvondoçularımız “Gilan” İdman Klubunun heyətində yer alacaq. Reza Mehmandost və Elnur Amanovun rəhbərliyi altında dayanq üzərinə Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Qaşım Maqomedov (58 kq), Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq), Əliəsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Həmidrza Bədriəliabadi (+87 kq) çıxacaqlar. “Gilan”a qadınların yarışında Sun Mi Park və Hyeyounq Çoi rəhbərlik edəcək. Onlar çempionatda Minayə Əkbərova, Məryəm Məmmədova, Zemfira Həsənzadə (hər üçü 46 kq), Patimat Abakarova, Səmərrux Osmanova, Pəniz İsmayılpur (hər üçü 53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizovaya (67 kq) şans verəcəklər. “Fərasət” klubu böyüklərin mübarizəsində Riyad Şirəliyev (68 kq), gənclərdə İbrahim Mehbalizadə (48 kq) ilə təmsil olunacaq. Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzi də Avropa çempionatında iştirak edəcək. Nicat İsmayılzadə (80 kq) böyüklər, Murad Məmmədov (59 kq) gənclər arasında gücünü sınayacaq. Gənc taekvondoçuların yarışında məşqçi Zahid Nadirovun rəhbərliyi altında “Alpman” klubu da mübarizə aparacaq. O, Bolqarıstanda Səlimə Quliyeva (42 kq) və Vüqar Bağırova (63 kq) şans verəcək. “Sumqayıt” isə səfərə Aylin Eynullayeva (49 kq) ilə yollanıb. Yarışda referilər arasında beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yer alacaq. Klublara rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Qeyd edək ki, çempionata 2000-dən artıq taekvondoçu qatılacaq. Geri qayıt |