Əsas Səhifə > Gənclər > Yeniyetmə və gənc üzgüçülərimiz Macarıstanda güclərini sınayacaqlar

Yeniyetmə və gənc üzgüçülərimiz Macarıstanda güclərini sınayacaqlar


13-04-2023, 12:05
Yeniyetmə və gənc üzgüçülərimiz Macarıstanda güclərini sınayacaqlar

Azərbaycanın yeniyetmə və gənc üzgüçüləri beynəlxalq turnirdə iştirak edəcəklər.

BrendSport.az
xəbər verir ki, baş məşqçi Rəşad Əbdürrəhmanov bu gün Macarıstanın Şopron şəhərində start götürəcək yarışda 18 idmançıya şans verəcək.

Turnirdə Azərbaycanla yanaşı Almaniya, Fransa, Macarıstan, Slovakiya və Xorvatiya təmsilçiləri də mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış aprelin 16-da başa çatacaq.
Geri qayıt