Əsas Səhifə > Gənclər > Elitar gimnaziyada Türkiyə-Azərbaycan dostluğuna həsr olunmuş tədbir keçirilib

Elitar gimnaziyada Türkiyə-Azərbaycan dostluğuna həsr olunmuş tədbir keçirilib


17-02-2023, 23:11
Elitar gimnaziyada Türkiyə-Azərbaycan dostluğuna həsr olunmuş tədbir keçirilib

İlyas Əfəndiyev adına Elitar gimnaziyada OCEP layihəsi çərçivəsində Türkiyə-Azərbaycan dostluğuna həsr olunmuş tədbir keçirilib.

BrendSport.az
xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin təhsil müşaviri Ali Rıza Altunel, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Atatürk liseyinin direktoru, Milli Olimpiya Komitəsinin ekspert və koordinatorları iştirak ediblər.

Tədbirdə Elitar gimnaziyanın şagirdləri tərəfindən türk mədəniyyətini əks etdirən rəsm əsərləri sərgilənib.
Şagirdlər maraqlı çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb.

Gimnaziyanın idman sahəsində fərqlənən şagirdləri öz bacarıqlarını qonaqlar qarşısında nümayiş etdiriblər.
Geri qayıt