Əsas Səhifə > Gənclər > “İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası 2023” layihəsinin qeydiyyatına start verilir

“İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası 2023” layihəsinin qeydiyyatına start verilir


9-02-2023, 15:17


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun - Beynəlxalq Münasibətlər Akademiyası 2023” layihəsinin qeydiyyatına start verilir!

BrendSport.az
-a Gənclər və İdman Nazirliyindən xəbər verildi ki,seçim mərhələsindən uğurla keçəcək iştirakçılar 5 həftə ərzində İƏT ölkələrinin Azərbaycandakı səfirləri və qonaq ekspertlərin keçirəcəyi mühazirələrdə iştirak edərək, müxtəlif mövzularda öz bilik və təcrübələrini artırmaq imkanı əldə edəcəklər.

Əgər siz:
• 18-30 yaş arası tələbəsinizsə;
• Beynəlxalq münasibətlər və diplomatiya sahəsi ilə maraqlanırsınızsa ;
• Xarici ölkələrdə keçirilən Beynəlxalq İƏT Modeli konfranslarında iştirak hüququ əldə etmək istəyirsinizsə;
• İngilis dilini yaxşı və ya əla səviyyədə bilirsinizsə;
Bu layihə öz bilik və bacarıqlarınızı artırmaq və diplomatiyanı daha yaxından bilmək üçün əla fürsətdir.

Əvəzedilməz təcrübəni yaşamaq üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçin:
https://forms.gle/nfUQEwUw2oM3Fy9d8

Qeydiyyat üçün son tarix: 12 mart, saat 23:59
Geri qayıt