Əsas Səhifə > Gənclər > Gənclər və İdman Nazirliyi daha bir layihəyə start verir
Gənclər və İdman Nazirliyi daha bir layihəyə start verir6-02-2023, 13:05 |
“Üzməyi öyrənək” layihəsinə əsasən, orta məktəblərdə təhsil alan uşaqlar üçün üzgüçülük məşğələləri təşkil ediləcək. BrendSport.az xəbər verir ki, Gəncə, Şirvan, Lənkəran və Qusar Olimpiya İdman Komplekslərində, eləcə də Mingəçevirdə “Kür” Olimpiya Tədris İdman Mərkəzində keçiriləcək üzgüçülük məşğələlərinə pilot layihə olaraq seçilmiş 5 şəhərin hərəsindən bir məktəbin 1-5-ci sinif şagirdləri cəlb ediləcək. Layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığının təmin edilməsi, bu idman növünün təbliği və inkişafına nail olmaqdır. Fevralın 6-dan etibarən bir ay davam edəcək üzmə məşğələləri bölgü üzrə hər gün müxtəlif saatlarda peşəkar məşqçilər tərəfindən aparılacaq. Geri qayıt |