Əsas Səhifə > Gənclər > Tahir Gözəl: "Prezidentin kluba ayırdığı məbləğ uşaq futboluna gedəcək"

Tahir Gözəl: "Prezidentin kluba ayırdığı məbləğ uşaq futboluna gedəcək"


15-12-2021, 17:04


"Bu, tarixdə indiyədək aldığımız ən böyük dəstək idi və həqiqətən inkişafımıza çox töhvə verəcək. Məbləğ qəpiyinidək klubumuzda uşaqların inkişafına və infrastruktura gedəcək. Cənab Prezident bunları bilir".

BrendSport.az
saytı xəbər veriri ki, bu fikirləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Prezident "İdman TV"də yayımlanan "Mərkəzi xətt" verilişinində İlham Əliyevin "Qarabağ" klubuna maliyyə yardımı ayırması barədə danışarkən deyib.

Funksioner ölkə başçısının etimadını doğrultmağa çalışacaqlarını söyləyib: "Qarabağ"ın məqsədi yerli dahilərimizi yetişdirməkdir. Bu məqsəd və həvəslə çalışırq. Amma asan deyil. Bu da Allahın bir hikmətidir. Baxırsınız, 5 ildə əla futbolçular çıxır, 3-4 il səssizlik olur. Təbiət kimidir, necə ki, hava dəyişir... Deyirlər ki, bu il quraqlıq oldu və ya çox yağış yağdı. Bu da Allahın hikmətidir. Ammma məqsədimiz odur ki, bu, dayanmasın. Özümüzə belə hədəflər qoyuruq".

T.Gözəl klubunda ümumilikdə 165 futbolçunun olduğunu da diqqətə çatıdrıb.

Qeyd edə ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb.
Geri qayıt