Əsas Səhifə > Gənclər > MOK-un Baş Katibinin müavini Azər Əliyev 2022-ci il Avropa Gənclər Yay Olimpiya Festivalının Koordinasiya Komissiyası üzvlərinin toplantısında iştirak edib.
MOK-un Baş Katibinin müavini Azər Əliyev 2022-ci il Avropa Gənclər Yay Olimpiya Festivalının Koordinasiya Komissiyası üzvlərinin toplantısında iştirak edib.1-10-2021, 19:00 |
BrendSport.az xəbər verir ki, 2022-ci il Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) Koordinasiya Komissiyası (CoCom) 2021-ci il sentyabrın 27-30 tarixlərində Slovakiyanın Banska-Bistrisu şəhərində olub. Koordinasiya komissiyasının üzvü MOK-un Baş Katibinin müavini Azər Əliyev tədbirdə iştirak edib. Tədbir iştirakçıları festivalın təşkilatçıları tərəfindən hazırlıq işlərinin gedişatı ilə bağlı ətraflı şəkildə məlumatlandırılıblar, qarşıdan gələn EYOF çərçivəsində tədbirlərin keçiriləcəyi idman qurğuları, yaşayacaqları bina və obyektlərlə tanış olublar. “Hazırlıq işləri ən kiçik təfərrüatlar nəzərə alınmaqla həyata keçirilir və Bianka-Bistrisu şəhərində 2022-ci ildə keçiriləcək yarışların ən yaxşı Avropa Gənclər Yay Olimpiya Festivalı olacağına əla zəmin var”, - deyə Komissiyanın sədri Cozef Kassar səfərdən sonra bəyan edib. MOK-un Baş Katibinin müavini Azər Əliyevin də təmsil olunduğu Koordinasiya Komissiyasının üzvləri şəhərin mərkəzində yerləşən və böyük tamaşaçı kütləsi cəlb edəcəyi proqnozlaşdırılan yeni atletika stadionu, üzgüçülük hovuzu, triatlon üçün meydança, cüdo və badminton zalları, tennis kortları və fan zonadan ibarət mərkəzi idman klasterinə baxış keçirdiblər. Təşkilat Komitəsinin və Slovakiya Milli Olimpiya Komitəsinin gənc komandasının gerçəkləşdirdiyi 3 günlük səfər, şəhər meri Yan Noskonun iştirakı ilə baş tutan mətbuat konfransı ilə yekunlaşıb. 16-cı EYOF pandemiya ilə əlaqədar olaraq 1 il müddətinə təxirə salınmışdı və 2022-ci ilin 24-30 iyul tarixlərində keçirilməsi haqda qərar verilmişdi. Qarşıdan gələn Avropa Gənclər Yay Olimpiya Festivalında 11 idman növü üzrə, o cümlədən idman gimnastikası, atletika, badminton, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, triatlon və voleybolda 2500-dən artıq idmançı yarışacaq. Geri qayıt |