Əsas Səhifə > Gənclər > Gənclər və İdman Nazirliyinin himayəyə götürdüyü gənc tələbə adını qazanıb

Gənclər və İdman Nazirliyinin himayəyə götürdüyü gənc tələbə adını qazanıb


15-09-2021, 18:35


BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən himayəyə götürülərək müavinət ayrılan, erməni terrorundan zərərçəkmiş Sevil Əliyeva tələbə adını qazanıb.

Bu münasibətlə, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, eləcə də, 1 və 2 saylı Uşaq-Gənclər İdman Şahmat məktəblərinin direktorları Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Sevillə görüşərək onu təbrik edib, ona ali təhsilində uğurlar arzulayıblar.

Qeyd edək ki, Sevil Əliyeva Gəncə şəhərində yerləşən və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış Dövlət Aqrar Universitetində Marketinq ixtisası üzrə təhsil alacaq.

Xatırladaq ki, 2020-ci ilin oktyabr ayının 11-də Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalması nəticəsində Sevil valideynlərinin hər ikisini itirib və həmən gündən Gənclər və İdman Nazirliyi onu himayəsinə götürüb.
Geri qayıt