Əsas Səhifə > Gənclər > Qarabağ bölgəsi üzrə gənclərlə işləyən əməkdaşlar üçün sosial mediadan səmərəli istifadəyə dair təlim kursu keçirilib
Qarabağ bölgəsi üzrə gənclərlə işləyən əməkdaşlar üçün sosial mediadan səmərəli istifadəyə dair təlim kursu keçirilib16-08-2021, 14:19 |
12-13 avqust 2021-ci il tarixlərdə Bərdə şəhərində Ağcabədi, Bərdə, Naftalan, Goranboy, Tərtər, Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Xocalı, Xocavənd, Cəbrayıl və Şuşa rayonlarının Gənclər və İdman İdarələri, Gənclər Evlərinin əməkdaşları üçün “Sosial mediadan səmərli istifadəyə dair biliklərin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilib. BrendSport.az saytının Gənclər Şöbəsi xəbər verir ki, təlim kursunda facebook, twitter, instagram, youtube və s. sosial şəbəkə platformalarında gəncləri maraqlındıran kontentlərin gücləndirilməsi, məlumatların daha asan və qısa formada gənclərə çatdırılması, təhlillərin aparılması, müxtəlif proqramlarında işləmək, datanın yaradılması və gündəlik işin elektronlaşdırılması, sosial şəbəkələrdə düzgün kommunikasiyasının qurulması, səhifələrin düzgün tərtibatı, məsafədən idarəetmənin asanlaşdırılması və s. istiqamətlər üzrə əməkdaşlara təlimlər keçirilib. Təlimlərdə həm də nəzəri biliklərin praktikada tətbiqi öyrədilib, müxtəlif proqramlarda işləmək bacarıqları təkmilləşdirilib. Növbəti təlimin Aran zonası üzrə Sabirabad rayonunda keçirilməsi nəzərdə tutulub. Geri qayıt |