Əsas Səhifə > Gənclər > Nazir müavini İntiqam Babayev Azərbaycanda təcrübə keçən tibbi təhsil alan xarici tələbələrlə görüşüb

Nazir müavini İntiqam Babayev Azərbaycanda təcrübə keçən tibbi təhsil alan xarici tələbələrlə görüşüb


28-07-2021, 13:29


Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Həkimlər və Təbib Tələblər” İctimai Birliyi tərəfindən 01-31 iyul 2021-ci il tarixlərdə xarici tibb tələbələrinin Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikalarında təcrübə proqramı təşkil edilib.

BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, Təcrübə proqramında Almaniya, Avstriya, İtaliya, Rumıniya və Polşadan 5 tibb tələbəsi iştirak edib.

27 iyul 2021-ci il tarixdə nazir müavini İntiqam Babayev təcübə proqramının iştirakçıları ilə görüşdü. Görüşdə İ.Babayev pandemiyanın mədudiyyətlərinə baxmayaraq gənclər arasında beynəlxalq mübadilələrinin aparılmasının əhəmiyyətini qeyd etdi. O bu formatda mübadilənin gənclərin peşəkar inkişafına müsbət təsirinin, eyni zamanda ölkənin mədəniyyəti və tarixi barədə canlı formada tanışlığın faydalı olduğunu bildiridi. İşğaldan azad edilmiş ərazilərdə hazırda quruculuq və bərpa işlərinin getdiyini qeyd edən nazir müavini gələcəkdə beynəlxalq gənclər mübadilələrinin həm də həmin ərazilərdə aparılacağını vurğuladı.

“Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi 2005-ci ildən Beynəlxalq Təbib Tələbələr Assosiasiyaları Federasiyasının işində və onun tələbə mübadiləsi proqramlarında fəal iştirak edir. Birlik 2007-ci ildən Federasiyanın tamhüquqlu üzvüdür. Federasiya hazırda 5 qitədən 141 təşkilatla 1.4 milyon tibb tələblərini öz ətrafında birləşdirir.

2007-2020-ci illərdə Beynəlxalq Təbib Tələbələr Assosiasiyaları Federasiyası ilə əməkdaşlıq çərçivəsində 1000-dən artıq Azərbaycan gəncinin dünyanın inkişaf etmiş ölkələrinin klinkalarında elmi və praktiki təcrübə proqramlarında iştirakları təmin edilmiş, 200-dən artıq əcnəbi gəncin isə Azərbaycanda təcrübə mübadiləsinə cəlb edilmişdir. Təcrübə proqramları yeni müalicə metodları ilə gənclərin yaxından tanış olmalarına imkan yaratmaqla yanaşı bir mütəxəssis kimi formalaşmalarına güclü təkan veririr.







Geri qayıt