Əsas Səhifə > Gənclər > Xeyriyyə tədbirlərimiz davam edir
Xeyriyyə tədbirlərimiz davam edir29-06-2021, 22:44 |
Ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl təşkilatlar tərəfindən mütəmadi olaraq aztəminatlı ailələrə, eləcə də daun və autizm sindromlu usaqların ailələrinə maddi və mənəvi dəstək olmağa çalışırlar. BrendSport.az saytı hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalaraq, tərəfdaş şirkətlərdən “İslamoğlu” un məmulatları, “Moskva konfetləri”, “Faberlic Azərbaycan” , "Ali Motors" , "Həyat Apteki", "Dubrar suları" və “Vita1000” meyvə şirələri ilə birlikdə bu tədbirləri davam etdirmisik. İyun ayı ərzində də bu tədbirlərlə uşaqlara dəstək olmağa çalışmışıq. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündən başlayaraq daun və autizm sindromlu uşaqlar üçün təşkil edilmiş bu xeyriyyə tədbirlərinin pandemiya şəraitinə uyğun keçirilməsi bu günlərə qədər davam etdirilib. Xeyriyyə xarakterli tədbirlərin keçirilməsi ilə yanaşı, əyləncəli, viktorinalı və müxtəlif idman yarışlarının keçirilməsində uşaqlara xoş dəqiqələr yaşadıb. Bunlardan biridə "Natural Hali" xalça mağazaları şəbəkəsinin baş sponsorluğu ilə keçirilən 26 iyun silahlı qüvvələr gününə həsr olunmuş Daun və Autizm sindromlu uşaqlar üçün keçirilən stol üstü tennis yarışı idi . Bu günlər ərzində bizimlə birlikdə çalışan şirkətlərdən "Həyat Apteki"nə , "Ali Motors"a,"Natural Halı" xalça mağazaları şəbəkəsinə, “İslamoğlu” un məmulatlarına, “Moskva konfetləri”nə, “Faberlic Azərbaycan”a və “Vita1000” meyvə şirələrinə öz minnətdarlğımızı bildiririk. Tərəfdaş şirkətlərlə saytımızın razılaşmasına görə, bu tədbirlərin davamlı olması qərara alınıb. Geri qayıt |