Əsas Səhifə > Gənclər > Azərbaycan voleybolçusu karyerasını Yunanıstanda davam etdirəcək
Azərbaycan voleybolçusu karyerasını Yunanıstanda davam etdirəcək18-05-2021, 12:50 |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko karyerasını Yunanıstanda davam etdirəcək. BrendSport.az xəbər verir ki, 28 yaşlı hücumçu “Panatinaikos” klubu ilə müqavilə imzalayıb. O, 2021/2022-ci il mövsümündə Afina təmsilçisinin uğurları üçün çalışacaq. Voleybolçumuz bir müddət əvvəl Belarusun “Minçanka” klubu ilə yollarını ayırıb. Qeyd edək ki, 2014/2015-ci il mövsümündə də Yunanıstanda oynayan M.Stepanenko “Olimpiakos”un formasını geyinib. Geri qayıt |