Əsas Səhifə > Gənclər > Azərbaycan-Türkiyə ilə birgə təlimlərə başlayıb
Azərbaycan-Türkiyə ilə birgə təlimlərə başlayıb8-04-2021, 22:58 |
Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb. BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir. Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir. Təlimlər aprelin 9-na kimi davam edəcək. Geri qayıt |