Əsas Səhifə > Gənclər > Saytımız bu dəfə ənənəsinə sadiq qaldı

Saytımız bu dəfə ənənəsinə sadiq qaldı


1-06-2020, 20:40



BrendSport.az saytı olaraq hər il Ramazan bayramı və eləcə də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə xeyriyyə tədbirləri keçiririk.

Bu il ötən illərlə müqayisədə hər bir sahədə olduğu kimi, bu sahədə də özünün mənfi təsirini göstərmiş oldu. Belə ki, dünyada baş verən koronavirus pandemiyası ilə əlaqədar bu kimi tədbirləri fərqli formada həyata keçirdik.

Ölkədə təyin olunmuş karantin rejimi günlərində dəyərli sponsorlarımızın dəstəyi ilə daun sindiromlu və autizmli uşaqların ailələri üçün xeyriyyə məqsədilə yardımlar tədbirləri etdik.

Dəyərli sponsorlarımızdan “Özgədəbəy” mineral suları, Moskva konfetləri, "Sevimli toyuqlar" "Murad" AQRO MMC , “Faberlic” kosmetik brend, “Soel” parfüm, “Patron” tumları və eləcə də bizə bu işlərdə həmişə dəstək olan “Astaraçay” ın köməkliyi ilə yuxarıda adlarını qeyd etdiyimi ailələrə yardımlar edildi.

Buna görə də spornsorlarımıza təşəkkürümüzü bildirir və inanırıq ki, onların dəstəyi ilə belə tədbirlərimizi bundan sonra davam etdirəcəyək.










Geri qayıt