Əsas Səhifə > Gənclər > Avro-2020”nin talismanı “Skillzi” Bakıda gəzintiyə çıxıb
Avro-2020”nin talismanı “Skillzi” Bakıda gəzintiyə çıxıb4-03-2020, 18:07 |
Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalmış martın 4-də “Avro-2020”nin rəsmi talismanı “Skillzi” turnirin Bakı üzrə fristaylerləri - veteran futbolçu Nuqzar Kvirtiya və Kader Alimova ilə birlikdə paytaxtda gəzintiyə çıxıb. BrendSport.az xəbər verir ki, “Skillzi” və dostlarının “Küləklər şəhəri”ndəki sərgüzəştləri paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. “Skillzi” və dostları gəzintilərinə Bakının mərkəzindən - Nizami küçəsindən başlayıblar. Daha sonra “Küləklər şəhəri”nin tarixi yerlərindən olan İçərişəhərə gedən dostlar Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah, Yanardağ kimi turistik yerlərə, eləcə də bir sıra muzeylərə baş çəkiblər. Talismanın adı ingilis dilində “bacarıq” mənasını daşıyan “skills” sözündən götürülüb. “Bacarıqlı oğlan” ilk dəfə bu il martın 24-də Niderland və Almaniya arasında matç zamanı təqdim edilib. Xatırladaq ki, A qrupunun 3 oyunu, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Geri qayıt |