Əsas Səhifə > Gənclər > CASPIAN CUP 2020 Mental arifmetika üzrə beynəlxalq olimpiada

CASPIAN CUP 2020 Mental arifmetika üzrə beynəlxalq olimpiada


4-02-2020, 14:45



Yaddaşda eyni ilə kompüter kimi sürətlə hesablamaq! Bu Azərbaycanın paytaxtı, küləklər və günəş şəhəri – Bakıda 8 və 9 fevral tarixində “Buta Palace” keçiriləcək 4 yaşından 16 yaşına qədər olan uşaqlar arasında mental riyaziyyat üzrə CASPİAN CUP 2020 çempionatının iştirakçılarının bacardığı işdir.

BrendSport.az xəbər verir ki, Çempionatda Azərbaycan, Rusiya, İsveçrə, Ukrayna, Böyük Britaniya və Özbəkistandan olan 200-dən çox uşaq iştirak edəcək.

Azərbaycanda mental riyaziyyat üzrə ilk məktəblər 7 ilə yaxın bir müddət bundan əvvəl yarandı və ildən ilə burada təhsil alanların sayı artmaqdadır. Son 3 ildə bu hesablama və təfəkkür inkişafı sistemini mənimsəyən uşaqların sayı sürətlə artıq və artıq 3 il bundan əvvəl beynəlxalq çempionatlarda ilk yerlər əldə edilmişdir! Və bu təəccüblü deyil, axı hər bir valideyn istəyir ki, onun uşağı fotoqrafiyalı yaddaşa, yüksək təfəkkür sürətinə, diqqətin konsentrasiyasına malik olsun və bununla da bitmir.

Göstərilən sistemin köməkliyi ilə misalları həll etmək üçün – kalkulyator lazım deyil. Bütün əməliyyatlar ildırım sürəti ilə yaddaşda aparılır və budur, sehrbazlıq kimi, uşaqlar doğru cavablar verirlər!

Bəs uşaqlar belə əməliyyatları yaddaşlarında necə həll edə bilirlər?

Hər şey uşaqlara mental riyaziyyatı tədris edən xüsusi sistem sayəsindədir.

Hesablama metodikasının əsasını qədimi abakus – beş min ildən çox bundan əvvəl Qədim Çində kəşf edilən hesablar təşkil edir. Sonradan yaponlar onları təkminləşdirmiş və bu gün biz abakusun texniki tamamlanmasından – kalkulyatirlardan istifadə edirik. Məhz həmin qədimi hesabların quruluşuna da, bütün dünyada geniş istifadə edilən və “mental riyaziyyat” adını alan proqramın əsasına da həmin quruluş qoyulmuşdur.

Bu uşağa nə üçün lazımdır?

Beyinin sağ yarımkürəsi yaradıcılıq başlanğıcı, dərketmə və obrazların yaradılmasına, sol isə - məntiqə görə cavabdehlik daşıyır. Hesablama zamanı hər iki əli ilə işləməklə uşaqların hər iki yarımkürəsinin eyni zamanda işə düşməsi əlçatan olur, bununla da tədris prosesində beyin bütövlükdə iştirak edir. Sürətli hesablamadan əlavə mental riyaziyyat analitik qabiliyyətləri də inkişaf etdirməyə imkan yaradır.

Bizim uşaqlarımız hansı peşələri seçəcəklər və burada necə təkminləşəcəklər? Onlara bu işdə necə kömək etməli və bunun üçün bizim özümüzün nələri öyrənməyimiz lazımdır? Hansı vərdişlər bizim uşaqlarımıza istənilən peşə yolunda uğurlu olmağa imkan verəcəkdir?

Heç şübhəsiz ki, bütün valideynləri maraqlandıran bu və digər suallara tədbirin xüsusi qonağı – biznes-məşqçi, kouç, beynəlxalq səviyyəli fasilitator Larisa Besedovskaya cavab verəcəkdir.

Tədbirin təşkilatçısı – İnternational school of mental arithmetic İSMA dəstəyi, VTB Bank dəstəyi ilə İnternational school of mental arithmetic İSMA BAKU təşkilatıdır.
Geri qayıt