Əsas Səhifə > Gənclər > “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramında iştirak etmək istəyən gənclərin nəzərinə

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramında iştirak etmək istəyən gənclərin nəzərinə


19-04-2019, 23:08


Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına start verilir.

BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, Proqram Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.

Proqramda iştirak qaydaları və iddiaçıların seçimi

Proqramda iştirak etmək istəyən gənclər ərizə formasını (əlavə №1) doldurub 20 may 2019-cu il tarixədək aşağıdakı elektron poçt ünvanlarına göndərməlidirlər.

Ərizə tam şəkildə doldurulduqda baxılması üçün namizədlər siyahısına daxil edilir.

İddiaçıların seçimi aşağıdakı meyarlar üzrə müəyyən ediləcəkdir:

· Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlı olmalı;

· yaşı 18-25 arasında olmalı;

· Azərbaycan vətəndaşı olmalı;

· təşkilatçılıq bacarığına malik olmalı;

· geniş dünya görüşünə malik olmalı;

· ünsiyyət və əlaqə qurmaq bacarığına malik olmalı;

· komanda ilə iş bacarığına malik olmalı;

· ictimai fəal olmalı;

· yerli və beynəlxalq gənclər tədbirlərində təmsil olunmalı.

Namizədlər siyahısına daxil edilmiş hər bir gənc müsahibəyə dəvət ediləcəkdir. Müsahibənin nəticəsi olaraq iştirakçıların siyahısı müəyyənləşdiriləcək və bu barədə hər bir iştirakçının elektron poçtuna rəsmi məlumat göndəriləcəkdir.

Əlaqələndirici şəxs: Günel Dadaşova

Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi E-mail: guneld@mys.gov.az və dadashovagunel@gmail.com Tel: 012 465 84 19
Geri qayıt