Əsas Səhifə > Gənclər > Suraxanı Rayon Gənclər və İdman İdarəsi Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçırıb
Suraxanı Rayon Gənclər və İdman İdarəsi Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçırıb9-04-2019, 23:45 |
BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Akademiyanın akt zalında keçirilən tədbir iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlanıb. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda, o cümlədən Aprel döyüşlərində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev Aprel döyüşlərini xatırladaraq bildirib ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahli qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Yaşayış məntəqələrinin bombalanması nəticəsində ikisi uşaq olmaqla 6 mülki vətəndaşımız həlak olub, 26 nəfər ağır yaralanıb. Çoxsaylı ictimai və şəxsi mülkiyyətə ziyan dəyib. Ali Baş Komandanın göstərişi ilə düşmənə layiqli cavab verilib və döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Tər-tər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagist kəndi istiqamətində strateji mövqelər düşməndən azad olunub. Beləliklə, cinayətkar düşmənin keçilməz erməni səngərləri haqqında uydurduğu mif alt-üst edilib. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalıb. Məlumata görə, 320-dən artıq düşmən məhv edilib və 500-dən artıq erməni hərbi qulluqçusu yaralanıb. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılıb. Madagist yaşayış məntəqəsində yerləşən qərargah və əsas hərbi hissələri məhv edilib. Ağdərə, Madagist, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanması imkanı əldə edilib. Aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü, qələbə əzmini və ədalətin bərpa olunacağını göstərib. Tədbirdə çıxış edən Suraxanı rayon Gənclər və idman idarəsinin rəisi Amil Bağırov çıxış etmişdir. Daha sonra Qarabağ müharibəsi veteranı Oqtay Əliyev, Aprel döyüşlərinin iştirakçısı ehtiyatda olan kapitan Elnur Əmirov, Qarabağ müharibəsinin iştirakçısı ehtiyatda olan baş leytenant Kamil Musəvi, mövzu ilə bağlı öz təəssürat və xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onların suallarını cavablandıraraq fikir mübadiləsi aparıblar. Bildirilib ki, Aprel döyüşləri Azərbaycan ordusunun döyüş əzmini və qüdrətini bir daha nümayiş etdirib. Tədbir bədii hissə ilə davam etdirilib. Akademiyanın orkestrinin müşayiəti ilə vətənpərvərlik mövzusunda yazılmış marşlar və kursantlar tərəfindən şeirlər səsləndirilib. Geri qayıt |