Əsas Səhifə > Gənclər > Autizmli uşaqlar və Autizmli İdmançıların Novruz şənliyi keçrilib.
Autizmli uşaqlar və Autizmli İdmançıların Novruz şənliyi keçrilib.19-03-2019, 21:21 |
19 mart 2019-ci il tarixdə BrendSport.az saytı Azərbaycan Autizm İdman Klubu ilə birgə autizmli uşaqlar üçün “Yeganə” şadlıq sarayında Novruz şənliyi və eyni zamanda autizmli idmançıların əldə etdikləri nailiyyətləri nəzərə alaraq onların təltifolunma mərasimi ilə əlaqədar tədbir keçirib. Qeyd edək ki, tədbirdə autizimli uşaqlarla yanaşı, dəvət olunmuş rəsmi nümayəndələr, eləcə də bir çox sahəni təmsil edən ictimaiyyət nümayəndələri iştirak edib. BrendSport.az xəbər verir ki, Tədbirin açılışını BrendSport.az saytının baş redaktoru Bəhruz Rəcəb oğlu Səmədov edib. Sonra çıxış edənlərdən Bakı Autizm İdman və Yaşam Klubu nümayəndəsi İlham Osmanlı, “Sehirli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova, tanınmış aparıcı Fidan Oruc Əliyeva, Jurnalistlər Fuad Mədətov, Zümrüd GüləliQızı, Zeynəb Məmmədova, Pərvin Xaşalov, Aktrisa Aysel Nazim, kunq-fu sanda üzrə 4 dəfə dünya və Avropa çempionu Nəriman Cavadzadə eyni zamanda qizlardan ibarət yığma komandanın baş məşqçısi , “Şərur” İdman Klubunun direktoru Ceyhun Əliyev, UAFA Uşaqlara Dəstək İctimai Birliyinin nümayəndəsi Zəhra xanım, eləcə də, “ABA” tibb mərkəzinin, Bakı Autizm Mərkəzinin, “Mədinə” tibb mərkəzinin nümayəndələri ölkəmizdə uşaq və gənclər siyasətindən danışmış, ölkə rəhbərliyinin diqqət və qayğısından söz açmışlar. Mədəniyyət nümayəndələrindən əməkdar artist Səlim Abbasov, bəstəkar-müğənni Arif Səlimov, müğənni Ülkər Yaşarqızı, “Stop” qrupu, Aytac Tovuzlu şənliyə qatılan uşaqlara rəngarəng dəqiqələr bəxş ediblər. "Astaraçay" “Əsl sehrli dad” ət məhsulları, İDOR parfumeriya, “Bahar” şirələri, “Viplife” kosmetika və parfumeriya, “Slavyanka 1” suları, “Aqua life” suları, “Astaradüyü” düyüləri, “SOEL” parfumeriya mağazaları uşaqları öz hədiyyələri ilə sevindirmişdir. Biz də Təşkilat Komitəsi olaraq tədbirdə iştirak edən bütün qonaqlara, eləcə də dəstək olan bütün sponsorlara öz minnətdarlğımızı bildiririk. Geri qayıt |